ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Rusiya Ukrayna müharibəsi başlamazdan əvvəl malik olduğu qoşunlarının 87%-ni itirib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Konqresə təqdim edilən ABŞ kəşfiyyatının məxfi sənədi ilə tanış olan gizli mənbə “CNN”-ə bildirib.
Həmin sənədə görə, Rusiya 2022-ci ilin fevralında təxminən 360 min hərbçi ilə Ukraynaya qarşı genişmiqyaslı hücuma başlayıb, ölü və yaralılarla birlikdə bu qoşunlarının 87 faizini itirib. Qiymətləndirməyə əsasən, Ukraynaya daxil olan 360 min əsgər, o cümlədən müqaviləli hərbçilər və çağırışçıların 315 min nəfəri artıq sıradan çıxıb.
Yenə həmin qiymətləndirməyə əsasən, Rusiya müharibəyə 3500 tankla başlayıb və onlardan 2200-nü itirib, 13 600 piyada döyüş maşını və zirehli transportyorundan isə 4400-ü məhv edilib.
Qeyd olunur ki, bu, ümumi qoşun sayının 32 faizinə bərabərdir.
Hesabatda deyilir ki, şəxsi heyət və zirehli texnikada verdiyi itkilərdən dolayı Rusiya ordusunun modernləşdirilməsi 18 il geriyə düşüb.
“AzPolitika.info”


Şərhlər