Menu

Vatikan Qəzza münaqişəsinin həllində rol oynaya bilər – İran XİN başçısı

13.12.2023, 17:50
Vatikan Qəzza münaqişəsinin həllində rol oynaya bilər – İran XİN başçısı

Vatikan Qəzza zolağında HƏMAS hərəkatı ilə İsrail arasında münaqişənin həllində effektiv rol oynaya bilər. 

«AzPolitika.info» TASS-a istinadla xəbər verir ki, bunu Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə görüşdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Biz inanırıq ki, Vatikan Fələstində soyqırımın sona çatmasında təsirli rol oynaya bilər”, - İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatında nazirdən sitat olaraq deyilir.

Öz növbəsində Parolin Qəzza zolağındakı vəziyyətdən narahatlığını ifadə edib və bildirib ki, Vatikan atəşkəs rejiminin tətbiqinə və anklavda müharibənin dərhal dayandırılmasına tərəfdardır.

Dekabrın 1-i səhər saatlarında İsrail ordusu HƏMAS hərəkatını atəşkəsi pozmaqda ittiham edərək Qəzza zolağında döyüş əməliyyatlarına qayıtdığını elan edib. Fələstin Administrasiyası İsrailin yeni təcavüzündə ABŞ-ı günahlandırıb. «Al Mayadeen» telekanalının verdiyi məlumata görə, Qəzza zolağında ölənlərin sayı 18,5 mini keçib, 50 mindən çox insan isə yaralanıb. 

Rüfət

«AzPolitika.info»

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol