İsrail HƏMAS-la qarşıdruma fonunda yeni bir müharibə təqvimi hazırlayıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası məlumat yayıb.
Məlumata görə, İsrail müharibəni davam etdirmək üçün ABŞ-a yeni bir təqvim təqdim etməyə hazırlaşır. Həmin təqvimə görə, HƏMAS-ın məhv edilmə əməliyyatı 2024-cü ildə də davam etməlidir.
Xəbərdə qeyd olunur ki, bu, İsrail və ABŞ-nin razılaşa biləcəyi bir təqvim kimi qəbul oluna bilər.
“AzPolitika.info”


Şərhlər