Menu

ABŞ Senatı Pentaqonun büdcəsini təsdiqlədi – 2024-ü ildə 886 milyard dollar xərclənəcək

14.12.2023, 14:23
ABŞ Senatı Pentaqonun büdcəsini təsdiqlədi – 2024-ü ildə 886 milyard dollar xərclənəcək

ABŞ Senatı 2024-cü il üçün müdafiə xərclərini 886 milyard dollar həcmində təsdiqləyib.

“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, bu məbləğ bir il əvvəlkindən təxminən 3% çoxdur.

Sənəddə hərbi qulluqçuların maaşlarının 5,2% artırılması nəzərdə tutulur ki, bu da son 20 ildən artıq müddətdə ən böyük artımdır.

Layihə həm demokratların, həm də respublikaçıların əhəmiyyətli dəstəyi ilə qəbul edilib. Tərəflər bir sıra ziddiyətli məsələləri kənara qoyaraq müdafiə xərclərini təsdiq ediblər. Nümayəndələr Palatasının bu həftənin sonunda qanun layihəsini qəbul edəcəyi, daha sonra Prezident Co Baydenə göndərcəyi gözlənilir.

Qanun layihəsində göstərilən xərclər arasında yeni gəmilərin, döyüş sursatlarının, təyyarələrin alınması, eləcə də Çinin Hind-Sakit okean regionundakı fəaliyyətinə qarşı tədbirlər və Ukraynaya yardıma yönəlmiş məsələlər yer alıb. O cümlədən, Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünün müddətinin 2026-cı ilin sonuna qədər uzadılması və Kiyevə 300 milyon dolların ayrılması nəzərdə tutulur.

Bu, Ağ Evin əvvəllər Kiyev üçün tələb etdiyi 61 milyard dollardan xeyli azdır. Bayden administrasiyasının tələbini köklü immiqrasiya islahatlarının qəbulu ilə əlaqələndirən respublikaçı qanunvericilərin etirtazı səbəbindən hələ də Konqres tərəfindən təsdiqlənməyib.

Dekabrın 13-də senatorlar tərəfindən qəbul edilən qanun layihəsində Ukrayna üzrə xüsusi baş müfəttiş vəzifəsinin yaradılmasını nəzərdə tutur. Bu müfəttiş mövcud nəzarət mexanizminə əlavə olaraq, vergi ödəyicilərinin vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarət etməlidir. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri respublikaçı Mayk Rocers, "biz buna nəzarət etməyə davam edəcəyik, lakin mən həmkarlarımı əmin etmək istəyirəm ki, Ukraynaya verilən silahlardan və ya hər hansı digər yardımdan sui-istifadəyə dair heç bir sübut yoxdur" deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol