Menu

“Türkiyəyə uçmağa hazır idim, amma...” - Putin Ərdoğanın səyləri barədə danışıb

14.12.2023, 14:42
“Türkiyəyə uçmağa hazır idim, amma...” - Putin Ərdoğanın səyləri barədə danışıb

Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Qəzzadakı böhranın həllində mühüm rol oynadığını qeyd edib və orada baş verənləri “fəlakət” adlandırıb.

“AzPolitika.info” xəbər verir ki, bu gün keçirilən böyük mətbuat konfransında Putin növbəti dəfə Ərdoğanla münasibətlərindən danışıb: “Mən Türkiyə Prezidenti Ərdoğanın Qəzzada vəziyyətin bərpası məsələsində mühüm, aparıcı rolunu qeyd etmək istərdim”. Onun sözlərinə görə, Türkiyə Prezidenti beynəlxalq ictimaiyyətin bu faciəyə diqqət yetirməsinə çalışan və vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün hər şeyi edən liderlərdən biridir.

Putin onu da bildirib ki, gələn ilin əvvəlində Türkiyə və Rusiya prezidentləri arasında görüş planlaşdırılır: “Biz Türkiyə prezidenti Ərdoğanla daim əlaqə saxlayırıq. Bu yaxınlarda Türkiyəyə uçmağa hazır idim. Lakin türkiyəli həmkarımın iş qrafiki sıx olduğundan görüş baş tutmadı. Bu görüşü gələn ilin əvvəlində həyata keçirməyi planlaşdırırıq”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol