ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvləri çərşənbə günü Prezident Co Baydenin impiçment prosesi ilə nəticələnə biləcək formal araşdırmanın lehinə səs veriblər.
Konqres üzvlərindən respublikaçılardan 221-i qərarın lehinə, demokratların hamısı - 212-si əleyhinə səs verib.
İstintaqın məqsədi Prezidentin oğlunun xarici biznes sövdələşmələrindən “otkat” alıb-almadığını öyrənməkdir.
Hunter Baydenin açıq dinləmə tələbi ilə bağlı qapılar arxasında Konqresdə ifadə verməkdən imtina etməsindən bir neçə saat sonra açıq istintaq qərarı verilib.
Ağ Ev respublikaçıların qərarını 2024-cü il seçkiləri öncəsi tətbiq etdikləri siyasi hiylə kimi qiymətləndirib.
Qarşıdan gələn seçkilərə hazırlaşan keçmiş respublikaçı Prezident Donald Tramp ABŞ-ın yeganə lideridir ki, ona qarşı impiçment prosesi daha əvvəl başlanıb və məhkəmə prosesləri hələ də davam edir.
“AzPolitika.info”


Şərhlər