Rusiya Prezidenti Vladimir Putin Rusiya hərbi rəhbərliyindən prezident seçkilərinə qədər Ukraynanın iki şəhərini ələ keçirməyi tələb edir.
“AzPolitika.info” saytı xəbər verir ki, bu barədə hərbi icmalçı Denis Popoviç FreeDom kanalında bildirib. O qeyd edib ki, qeyri-rəsmi məlumatlara görə, indi “Rusiya hərbi rəhbərliyinə seçkilərə qədər Kupyansk və Avdeevkanı ələ keçirmək tapşırılıb”.
"Putinin bir çox yaddaqalan və əlamətdar tarixləri var ki, bu tarixlərə görə Ukrayna ərazisinin bir hissəsini ələ keçirmək üçün bəzi tapşırıqları yerinə yetirmək lazımdır. Əvvəllər söhbət əsasən Donetsk vilayətindən gedirdi", - həmsöhbət bildirib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Putin artıq “seçki yarışında” iştirak edəcəyini bəyan edib. Bu gün Putin açıqlayıb ki, Ukraynada Rusiyanın 600 mindən çox hərbçisi döyüşür.
Rüfət
AzPolitika.info


Şərhlər