Menu

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

15.12.2023, 11:34
YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

“Report”un xəbərinə görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.

Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol