ABŞ-da keçirilən sorğuda seçicilərin yarıdan çoxu 2024-cü ildə keçiriləcək prezident seçkilərində ABŞ Prezidenti Co Bayden və keçmiş Prezident Donald Trampın namizəd kimi irəli sürülməsindən razı qalmadıqlarını bildiriblər.
"AzPolitika.info" xəbər verir ki, "AP-NORC"-un 1074 seçici arasında keçirdiyi sorğunun nəticələrinə görə, iştirakçıların 56 faizi Baydenin, 58 faizi isə Trampın prezidentliyə namizəd olmasını istəmrlər.
Baydenin prezidentliyə namizədliyini dəstəkləyənlərin nisbəti 27 faiz, "fərq etməz" deyənlərin nisbəti 16 faiz olub, 10 faiz iştirakçı isə neytral mövqedə qaldıqlarını bildiriblər.
Digər tərəfdən, iştirakçıların 32 faizi Trampın prezidentliyə namizədliyindən razı qalacaqlarını, 10 faiz isə bitərəf olduqlarını bildiriblər.
Qeyd edək ki, sözügedən sorğu noyabrın 30-dan dekabrın 4-dək olan müddət ərzində aparılıb.
"AzPolitika.info"


Şərhlər