Rusiya Gürcüstanın Abxaziya bölgəsində Qara dəniz sahilində hərbi-dəniz bazası inşa etməyə başlayıb.
"AzPolitika.info" xəbər verir ki, peyk görüntülərini araşıdran "BBC" nəşri sözügedən bölgədə tikinti işlərinə başlandığını müəyyən edib.
Məlumata görə, Abxaziyadakı bu hərbi baza 13 min tona qədər yük daşıyan böyük yük gəmilərini qəbul edə biləcək.
Qeyd olunur ki, Rusiyanın Gürcüstan ərazisində inşa etdməyə başladığı hərbi baza gürcü müxalifəti tərəfindən birmənalı qarşılanmayıb və kəskin etiraza səbəb olub. Belə ki, ötən ay 50 müxalif deputat NATO və Avropa Birliyinə müraicət edərək regionda Rusiya bazasının yaradılmasına qarşı birgə addımlar atmağa çağırıb.

"BBC"-yə danışan Gürcüstanın Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samkaradze bildirib ki, bazanın tikintisinə başlansa belə, tikinti işləri ən azı üç il çəkəcək.
Ukrayna kəşfiyyatı isə sözügedən məsələ ilə bağlı iddia edib ki, Rusiya bu yeni bazadan Qara dəniz donanmasını qorumaq üçün istifadə etmək niyyətindədir.
Böyük Britaniyada yerləşən Birləşmiş Krallıq Xidmətləri İnstitutundan Natia Seskuria "BBC"-yə bildirib ki, bu hərbi baza Gürcüstanı Ukrayna müharibəsinin bir hissəsinə çevirə bilər.
"Putin Gürcüstanın müharibəyə qoşulmasını istəyirsə, bunu edəcək. Təəssüf ki, onun Gürcüstana təzyiq etmək üçün hər cür imkanı var",-deyə o qeyd edib.
Natia Seskuria iddia edib ki, Rusiya bu bazadan Ukraynaya hücum etmək üçün istifadə edə bilər və bu, Gürcüstanın müharibəyə cəlb olunması anlamına gəlir.
"AzPolitika.info"


Şərhlər