Gələcəkdə İsrail Qəzza zolağında intensiv hərbi əməliyyatlar mərhələsini başa çatdırmaq və əsas diqqəti Fələstinin HƏMAS hərəkatının liderlərinə qarşı sui-qəsdlərə. terrorçu hücumlara yönəltmək niyyətindədir.
«AzPolitika.info» saytı TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib.«Hazırda biz Qəzzada intensiv hərbi əməliyyatların keçirilməsi mərhələsindəyik. Bununla belə, gələcəkdə müharibənin başqa mərhələsinə keçid olacaq və bu müddət ərzində səylər HƏMAS liderlərinə qarşı hücumlara yönəldiləcək» — deyə, Sullivan iddia edib.Bu isə ABŞ-ın öz maraqları naminə dövlət səviyyəsində terroru dəstəklədiyini bir daha təsdiqləyir."AzPolitika.info"


Şərhlər