Menu

Rusiya Ukraynanı tamamilə işğal etsə, nə olacaq? - ISW mümkün ehtimalları açıqladı

15.12.2023, 14:34
Rusiya Ukraynanı tamamilə işğal etsə, nə olacaq? - ISW mümkün ehtimalları açıqladı

ABŞ-nin Müharibə Araşdırma İnstutu (ISW) dərc etdiyi növbəti hesabatda "Rusiya Ukraynanı tamamilə işğal etsə nə olacaq?" sualına cavab tapmağa çalışıb.

"AzPolitika.info" xəbər verir ki, ISW Rusiyanın Ukrayna ərazilərini tamamilə işğal etməsini mümkün ehtimal kimi qiymətləndirib.

Qeyd olunub ki, əgər ABŞ və Avropa ölkələri hərbi yardımı kəsərsə, Rusiyanın bütün Ukrayna ərazilərini zəbt etməsi mümkün ola bilər.

ISW-yə görə belə bir şey baş verəcəyi təqdirdə aşağıdakı proseslər yaşanacaq:

- Darmadağın edilmiş, lakin sonda qələbə qazanmış Rusiya ordusu Qara dənizdən Şimal Buzlu Okeanına qədər NATO sərhədə gələcək;

- Rusiya bazaları NATO ilə sərhəddə, Lvovda olacaq;

- ABŞ öz qoşunlarını, silahlarını və gizli təyyarələrini (Çinlə müharibə üçün lazım olan) Polşaya göndərməli olacaq və bu, ildə yüz milyardlarla dollara başa gələcək;

- Genişmiqyaslı böhran və mülki əhali arasında panika yaranacaq;

- Ukraynanı tərk edən milyonlarla insan yeni qaçqın dalğasına səbəb olacaq;

- Rusiyanın Ukraynadakı qələbəsi NATO üçün hərbi təhlükə yaratmağa imkan verəcək.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol