Menu

Azərbaycanla demarkasiya prosesi illər apara bilər – Ermənistan Baş nazirinin müavini

15.12.2023, 16:37
Azərbaycanla demarkasiya prosesi illər apara bilər – Ermənistan Baş nazirinin müavini

«Azərbaycan və Ermənistan sərhədlərinin demarkasiya prosesi illər apara bilər». 

«AzPolitika.info» saytı Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu dekabrın 15-də Ermənistan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında jurnalistlərlə söhbətində Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan dünən təsdiq edilmiş demarkasiya komissiyalarının iş qrafiki barədə danışarkən deyib.

“Bilirsiniz ki, bizim demarkasiya komissiyamız var, Azərbaycan tərəfinin də analoji komissiyası var. Bizim işimizin məntiqi komissiya nümayəndələrinin iclaslarını keçirməkdir. Biz bu işin gedişatının tənzimlənməsini düzgün hesab etdik, xüsusən də nə vaxt görüşürük, harada görüşürük, protokolu necə tərtib edirik, hansı dildə danışırıq və s. Biz ingilis və ya rus dilində danışacağıq”, - Qriqoryan bildirib.

Cədvəldə görüşlərin üçüncü ölkədə keçirilə biləcəyinin göstərilməsinə münasibət bildirən Baş nazir müavini xatırladıb ki, oxşar hadisə artıq baş verib. “Bizim Brüsseldə görüşümüz oldu, bir dəfə də Moskvada görüşdük”.

Onun sözlərinə görə, demarkasiya və delimitasiya mürəkkəb proses olduğundan uzun vaxt aparacaq. “İstisna edə bilmərəm ki, bu, illərin işidir. Biz işi belə təsəvvür edirik: görüşlər zamanı hər bir tərəf xəritə və ya xəritənin bir hissəsini, təsviri və ya hansısa bir növ sərhəd tənzimləməsi olan hüquqi sənədləri təqdim edir və müzakirə başlayır, bu sənəd ətrafında fikir mübadiləsi aparılır və bu topoqrafik xəritə hazırlanır”, - deyə Qriqoryan yekunlaşdırıb. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol