Menu

Qumbaranı partlatmış deputat cinayətə öncədən hazırlaşırmış - Ukrayna DİN

16.12.2023, 00:33
Qumbaranı partlatmış deputat cinayətə öncədən hazırlaşırmış - Ukrayna DİN

İclas zamanı bir neçə qumbara partlatmış Zakarpat vilayətinin Keretskivska kənd radasının deputatı Sergiy Batrın cinayətə əvvəlcədən hazırlaşırmış.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İhor Klımenko deyib.

“Hadisəni törətmiş Zakarpatiyalı şəxs öncədən hazırlaşırmış, onun evində etirafı olan qeyd tapılıb”, – nazir bildirib.

Xatırladaq ki, Ukraynanın Zakarpatiya vilayətindəki Keretskivska kənd radasının binasında deputat iclas zamanı qumbara partladıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol