Menu

Bakı-Qəbələ qatarı yolda qalıb - Sərnişinlərin çoxu turistlərdi (YENİLƏNİB)

16.12.2023, 10:53
Bakı-Qəbələ qatarı yolda qalıb - Sərnişinlərin çoxu turistlərdi (YENİLƏNİB)

Verilən məlumata görə, təxminən 1 saat dayandıqdan sonra texniki nasazlığın aradan qaldırılması mümkün olub və qatar yola düşüb.

***

Bu gün səhər saatlarında yola düşən Bakı-Qəbələ sürət qatarı texniki nasazlıq səbəbindən yolda qalıb. 

Bu barədə "AzPolitika.info"-ya sərnişinlərdən biri məlumat verib.

Qeyd olunur ki, qatar hazırda Ucar ilə Ağdaş rayonlarının arasındakı ərazidədir, nə vaxt yola düşəcəyi, yaxud sərnişinlərin evakuasiya ediləcəyi bilinmir. 

Mənbə bildirib ki, qatarda çoxlu sayda xarici turistlər var.

Qeyd edək ki, qatar yerli vaxtla saat 10:40-da Qəbələdə olmalı idi.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol