İsraillə HƏMAS hərəkatı arasında Yeni İl atəşkəsi gözlənilmir.
«AzPolitika.info» saytı xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi TASS-a bildirib.
"Xeyr, [atəşin olacağını] düşünmürəm. Çünki bizim iki vəzifəmiz var, bunu həmişə təkrar edirəm. Bu, HƏMAS terror strukturlarının məhv edilməsi və bütün girovlarımızın azad edilməsidir. Ona görə də biz bunları tamamlamalıyıq. Üstəlik, bu vaxt nə biz, nə də HƏMAS Milad bayramını qeyd etmirik. Bizim Yeni ilimiz də sentyabr ayıdır. Ümumiyyətlə, bu, hərbi əməliyyatı dayandırmaq üçün əsas deyil”, - deyə o bildirib. Bununla bağlı diplomat qeyd edib ki, “Həmas silahlarını yerə qoymağa qərar verərsə, heç bir sual olmayacaq”. "Ancaq bu mərhələdə mən o anın gəldiyini görmürəm" - deyə Ben Zvi qeyd edib.
Səfir həmçinin qeyd edib ki, Qəzzada nə qədər HƏMAS üzvünün məhv edildiyinə dair İsrail hökumətində dəqiq məlumat yoxdur. "Heç kim dəqiq bilmir. HƏMAS-ın təqdim etdiyi məlumatlara ümumiyyətlə böyük şübhə ilə yanaşmaq lazımdır. Çünki Qəzza zolağından gələn yeganə məlumat oradan tamamilə HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyindən gəlir. Mən sizə bir misal deyim. Onlar [HƏMAS] deyirlər ki, bu qədər kişi, qadın, uşaq ölüb. Amma heç kim demir ki, bu saydan nə qədəri yaraqlı ölüb".
"Yoxsa orada yalnız mülki şəxslər yaşayır?", — deyə səfir sual edib.
Rüfət
«AzPolitika.info»


Şərhlər