Menu

"Qafqazda təhlükəsizlik sülh müqaviləsinin imzalanmasından keçir" - Yaşar Gülər

16.12.2023, 19:11
"Qafqazda təhlükəsizlik sülh müqaviləsinin imzalanmasından keçir" - Yaşar Gülər

Qafqazda təhlükəsizlik və sülhün yolu Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin imzalanmasından keçir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

O qeyd edib ki, Türkiyə bu məqsədlə edilən səmimi səyləri dəstəkləyir və mümkün qədər tez müsbət nəticə əldə etməyi arzulayır:

“İki ölkə arasında etimadı artıran konkret addımların atılması ilə bağlı son qərardan məmnunuq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol