Menu

ABŞ-nin Suriyadakı bazaları raket atəşinə tutulub

16.12.2023, 22:04
ABŞ-nin Suriyadakı bazaları raket atəşinə tutulub

ABŞ-nin Suriyadakı iki bazası raket atəşinə tutulub.

"Report"un məlumatına görə, bu barədə Rusiya mətbuatı yerli mənbələrə istinadən xəbər verib.

Belə ki, Suriyanın şimal-şərqindəki Əz-Həsəkə şəhərindəki Əl-Zəxriyə hava limanındakı Amerika bazası raket atəşinə məruz qalıb. Raketlərin əksəriyyəti bazaya düşüb.

ABŞ-nin Deyr əz-Zor əyalətindəki “Ömər” neft yatağındakı bazası da atəşə məruz qalıb. Yatağın ərazisinə dörd raket düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol