Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukrayna ilə bağlı açıqlamaları ilə Avropa İttifaqının məhvinə töhfə verir.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə almanəsilli fin iş adamı Kim Dotkom özünün X sosial şəbəkə hesabında məlumat verib.
Sahibkar hesab edir ki, fon der Leyenin Aİ-nin problemlərini həll etmək üçün “alternativ” inkişaf etdirmək niyyəti birliyin məhvinə gətirib çıxarır. O qeyd edib ki, mühüm qərarlar assosiasiyanın bütün 27 ölkəsinin razılığı olmadan qəbul edilir.
Beləliklə, Avstriya kansleri Karl Nehammerin səsvermə zalında olmadığı bir vaxtda Rusiyaya qarşı yeni Avropa sanksiyaları paketi razılaşdırılıb. Jurnalist mənbələrinin məlumatına görə, səsvermə zamanı o, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə Rumıniya və Bolqarıstanın Şengen zonasına daxil olmasını müzakirə edib. Nehammer otaqda olmadığı halda digər ölkələrin liderləri 12-ci paketlə bağlı razılığa gəliblər.
“Ölkələr bütün mühüm qərarlarda yekdillik vəd edərək Aİ-yə qoşulmağa razılıq verdilər. Bu vəd indi pozulur”, - Dotkom bildirib.


Şərhlər
Avropa birliyində bir iki dövlət güyaki,birlik üzüvlərindən fərqli düşünərək ukraynaya yardım etmək istəmirlər,bu qətiyən belə deyil,abş onların əli ilə müəyyən siyasət aparır,bilirki özü yaratdığı birliyin fərasətini,işdi birən rusyada putindən betərlər hakimiyətə gələr bax onda bu bir iki dövləti qabağa verərək manever edəcəkdir.
Bu sahibkarın başı qaçıb,bəyəm bilmirlərki,avropa birliyi,nato birliyi anqlasakslara məxsusdur,abş-da bu anqlasaksların alınmaz qalasıdır, avropa birliyin 27-si yoxee 26-sıda səs verməsələr alınmaz qaladan hansı göstəriş gəlibsə onuda həm iqtisadi həmdə hərbi birlikdən təsdiq edəcəklər,necəki sovetlər dönəmindəki saxta birliklər olduğu kimi.