Menu

RƏSUL QULİYEV AMERİKADAKI VİLLASINI SATDI – Sabiq spikerin maliyyə vəziyyəti pisləşib? (FOTO)

18.12.2023, 19:57
RƏSUL QULİYEV AMERİKADAKI VİLLASINI SATDI – Sabiq spikerin maliyyə vəziyyəti pisləşib? (FOTO)

Milli Məclisin sabiq sədri, uzun müddətdən bəri ABŞ-də mühacirət həyatı yaşayan Rəsul Quliyev Floridadakı villalarından birini satıb.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı məlumatı araşdırmaçı jurnalsit Cavanşir Həsənli öz feysbuk səhifəsində paylaşıb. Məlumatdan belə aydın olur ki, bu villa R.Quliyevin ABŞ-dəki yeganə dəbdəbəli əmlakı deyil.

Paylaşımda satılan villanın yerləşdiyi ünvan və onun fotoları da yer alıb. Qeyd edilir ki, keçmiş spiker və onun həyat yoldaşı Elmira Quliyeva Palm Coast, Allen Ethan 95 ünvanındakı 292 kv.metr sahəsi olan əmlakına 510 min dollara müştəri tapıb. Villa 2007-ci ildə inşa olunub, həyətində qapalı hovuzu var.

R.Quliyevin bu villanı hansıs səbəbdən satdığı, bunun maliyyə problemlərilə bağlı olub-olmadığı barədə heç nə deyilmir. Lakin qeyd edək ki, sabiq spikerin Azərbaycanda da çoxsaylı bahalı əmlakları olub və onların əhəmiyətli hissəsi artıq satılıb. Hətta bu əmlaklara bağlı R.Quliyevlə yaxın qohumları arasında ciddi mübahisə və münaqişələrin də olduğuna dair xəbərlər var idi.

“AzPolitika.info”






Şərhlər

Nəriman 2023-12-19 13:21:55

Bunu satıb kasıblara paylad?Rəsulun qatarını H.Əliyev yola saldı ki.əl ayağa dolaşmasın.Nə Yapışmısınız Rəsuldan.Nə ömrü qaıb ki,Qoyun yaşasın də!Guya o təmiz adam iidi?Əl çəkin oyunbazlıqdan və Naxçıvan kürdlərindən! Onlatdan Azərbaycana xeyir gəlməyib və gəlməyəcək!

Bəhrami 2023-12-19 13:01:46

Dəyərli *AzPolitika.ar*dan üzrlə qeyd edirəm ki, qəzet özü və TVmiz illər öncə R.Quliyeyin imkanı çatan kiçicik bir otaqdan vermişdi? Ahıllaşıb və Ana Vətən torpağı cəzb edir. prezident seçkilərində iştirak şansı isə qalan Siyasi Dünya üçün Avtokrat Azərbaycanın demokrat *sürprizi* olardı?

Əliağa-ya 2023-12-19 01:16:28

Mənbəi-Azərbaycan neftayırma zavodu!

Əliağa 2023-12-18 21:24:22

Rəsul Amerikada villanı maaşla alıb?Qoy əvvəlcə mənbəini açıqlasın.

Tahir 2023-12-18 19:11:38

İnsana nece otaq lazim olur? Adi harinliqdi

Mahir 2023-12-18 12:15:37

İndiki nazirlərin bağlarında "oxran" evləri bundan böyükdür:):):)

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol