Keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
Fuad Əliyev APA-ya açıqlamasında deyib ki, seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək, ”Vətəndaş Birliyi” Seçki Qərargahı yaradılıb.
"Vətəndaş Birliyi” Seçki Qərargahına Xəzər Teyyub rəhbərlik edəcək.

***
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.
“Report”un xəbərinə görə, bu barədə partiyanın bu gün keçirilən iclasında qərar qəbul edilib.
Bununla da Azərbaycanda növbədənkənar Prezident seçkilərinə namizədlərin sayı 6-ya çatıb.
***
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.
Bu barədə "Report"a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul olunub.
Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 5-ə çatıb.
Qeyd edək ki, dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.
Dekabrın 16-da isə Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin qərarı ilə partiya sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc da namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. O sənədlərini dekabrın 19-da Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.
Onlardan ikisi - İlham Əliyev və Zahid Orucun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.


Şərhlər
Say çox olanda keyfiyyət itir.
Gülmək istəyən Azərbaycana gəlsin.İki ay komediya oyunları keçiriləcək.Ünvan-Mərkəzi Seçki Komissiyası.
Vallah o birilərini ya televizorda hərdən nəsə bir-iki kəlmə deyəndə,ya da yollarda maşında-zadda yanımdan ötüb keçəndə pəncərədən ani olsa da görmüşəm,amma o yuxarıdakı şəkildəki kök kişini heç cür yadıma sala bilmirəm ki harda görmüşəm.Sovet vaxtı Mozalanda bir yumor vardı,Koroğlu boyda yekə bir kişi kabinetin qapısını açıb deyirdi “Mən bir balaca iş üçün gəlmişəm”,rəhmətlik Yaşar Nuriyev də balaca çaynik çıxarıb deyirdi “gəl qadan alım,gəl,sən boyda insan övladını görmək bilsən nə qədər xoşdu mənimçün”.Odu bu görəsən?
Namizədlərin isimlərinə baxanda adam onıarın yerinə xəcalət çəkir və yadına bir atalar misalı düşür:"Utanmasan .oynamağa nə var ki". ....
atisi=0
Bütov AXC-nin adının açılması maraqlı olardı.Bu nə partiyadır,kimlərdən ibarətdir,nəyə xidmət edir,harada yerləşir və üzvləri kimlərdir. Nə zaman.harada toplanıblar,nə məsələ həll ediblər və cəmiyyətdə onları görən,tanıyan.varmı? Belə məchul,görünməz,fəaliyyətsiz partiyalar niyə ləğv olunmur.Bu partiya kiməsə nəsə hesabat veribmi?Belə gizli məqsədli,adları pafoslu,özləri fəaliyyətsiz partiyalar bəzilərini deputat yazmaq məqsədi güddüyü və formal olduğu ortadadırBelə ayıblar nə zaman silinəcək?
Fuad kimdir tanımıram... Amma salamatı razı nuruşova səs verməkdir.
Özlərini NƏ sayır bu adamcıqlar?...
Cox layiqli namizedler.
Prezidentliyə namizədlərin sayı artdıqca,həm də bu namizədlərin düzməcə olduğu halda--aksiyanın oyuncaq tədbirdən başqa bir şeyə yaramadığını göstərir.Namizədlərin əksəriyyətinin oyunçu olduğunu bilə-bilə seçkidə iştirak etməsi ziyalılıq səviyyəsinin getdikcə mağara tipinə enməsini göstərir... ilə qurulan tamaşalara hara kimi baxacağıq?Axı,insanın əməllərinə redaktə etməsi də əxlaqi keyfiyyətdir.Yas yerlərindəki çadırlarda ayaq altına sərilən köhnə palaz olmaqdan,yəni,bezikmirik?