Menu

“Putinin qələbəsi tamamilə qanuni və mübahisəsiz olmalıdır” - Medvedev

18.12.2023, 12:23
“Putinin qələbəsi tamamilə qanuni və mübahisəsiz olmalıdır” - Medvedev

“Vahid Rusiya” partiyası ölkənin hazırkı lideri Vladimir Putinin 2024-cü ilin martında keçiriləcək prezident seçkilərində şərtsiz qələbə qazanması üçün hər şeyi edəcək”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə hakim Vahid Rusiya Partiyasının 21-ci qurultayında Dmitri Medvedev bildirib.

“Əminəm ki, onu seçkiqabağı təşviqat kampaniyasında dəstəkləmək qərarı bütün partiya üzvləri tərəfindən yekdilliklə təsdiqlənəcək.Bu gün bizim çox çətin dövrdə Rusiyaya kimin rəhbərlik etməli, tarixi həqiqətin, ədalətin arxasında kimin dayanacağına və çoxluğun dəstəyindən kimin yararlanacağına şübhəmiz yoxdur” - deyə Medvedev davam edib:

Eyni zamanda Medvedev bəyan edib: “Putinin qələbəsi tamamilə qanuni və mübahisəsiz olmalıdır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol