Menu

"YAP-ın qəbul etdiyi qərarı dəstəkləməliyik" - Əli İnsanov

18.12.2023, 13:13
"YAP-ın qəbul etdiyi qərarı dəstəkləməliyik" - Əli İnsanov

Haqq Ədalət Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.

İclası giriş sözü ilə HƏP sədri Əli İnsanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 7 dekabr 2023-cü il tarixli sərəncamı ilə 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi qərara alınıb. 2023-cü il dekabrın 15-də hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin geniş iclasında Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin namizədliyi irəli sürülüb və yekdilliklə qəbul edilib.

Əli İnsanov deyib ki, İlham Əliyevin növbədənkənar Prezident seçkilərində namizədliyi barədə YAP-ın qəbul etdiyi qərarı dəstəkləməliyik: “Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 20 ildə həyata keçirdiyi işlər və böyük nailiyyətlər bizə tam əsas verir ki, deyilən qərarı dəstəkləyək və müvafiq qərar qəbul edək”.

İclasın sonunda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edilib.

Şərhlər

Səlim-həkim 2023-12-18 13:50:26

İnsan şəxsiyyərini ətrafını tanımayanda,davranışına qiymər verməyi bacarmayanda itirmiş olur.d Aəi Adamov səni həbsə kim atdı.Neçı il omrünü kim qaraltdı?Nə oldu,indi xalqı onları müdafiə etməyə çağırırsan. İnsanda bir sifət olar..

Əli İnsanova 2023-12-18 13:42:17

Gör nə qədər ölkə taladığı bəlli olan həbsdə,sorğuda olan,cinayətləri ni açmaq iatənilməyən YAP-ın öndə gedən üzvlri mövcuddur.Belə partiyanı,onun qərarlarını bəyənən və bəyinilməsini istəyən nə qədər psevdoməmur var.Əli İnsanov da o məmurlardan iri olmaqla xalqı nəyə çağırdığını anlaya bilmir?Axı xalq 30 il bundan əvvəlki deyil.SAdəcə polis rejiminin qanunsuluqlarından,balalarının gələcəyindən,ac qala bilməsindən ehtiyat edətək səsini çıxra bilmir.Əli bəy Sənin vaxtın keçib,özünü yotma.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol