“Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam”.
“AzPolitika.info” xəbər verir ki, bu həddini aşan açıqlamanı Erməni Apostol Kilsəsinin (AAK) Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan bazar günü xütbəsi zamanı bildirib.
“Evinizi bərpa etməyin başqa hansı yolu var? Bu qisas ona görə olmalıdır ki, minlərlə insan bizim həyatımız üçün canını verdi”, - deyə,ağlını itirmiş arxiyepiskop erməniləri Azərbaycana qarşı müharibəyə çağırıb.
Qeyd edək ki, Azərbaycan rəsmi şəkild dəfələrələ Ermənistana bu cür revanişt iddialardan əl çəkməklə bağlı xəbərdarlıq edib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycana möhkəm qarantiyaları olan sülh lazımdır. Bu isə İrəvanın üzərinə revanişzmdən imtina etməsi ilə bağlı hüquqi, siyasi öhdəliklər götürməsindən keçir. Habelə Ermənistan dövlət sənədlərində yer almış Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidir.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində, Konstitusiyasında, eləcə də digər qanunvercilik aktlarında Türkiyə və Azərbycan ərazilərin, o cümlədən Qarabağa dair iddialar yer alıb.
Ermənistan referendum keçirib Müstəqillik Bəyannaməsini, Konstitusiyasını dəyişməyincə, möhkm, dayanqılı sülhə heç bir təminat yoxdur.
Xatırladaq ki, Erməni Apostol Kilsəsi Azərbaycana və Türkiyəyə qarşı daim fitnəkarlığın ideoloji qaynağı rolunu oynayıb. Arxiyepiskop Baqrat Qalstanyanın qisasa çağırması Ermənistanda Azərbaycana qarşı revanşizmin yeni mərhələsi hesab etmək olar. Ona görə də Azərbaycan düşmənə qarşı tədbirli olmalıdır…
E.Rüstəmli
“AzPolitika.info”


Şərhlər
Erməni arxeopteriks.
Lap bunnandı ki! Vallah bunu bu viddə ABŞ-da hinduların və afroamerikanların sıx yaşadığı ştatlarında görsələr elə bilərlər ultrasağ terrorçu təşkilatı olan KU-Kluks-Klannandı,onları qırmağa gəlib.Nədəəbu?Belə din xadimi olar?Cəhənnəmdən gəlib elə bil heyvan oğlu heyvan. Oriyer.Senz.
Bunu da təcili DTX-ya gətirib, ordakı sürüyə qatmaq lazımdır...
Bu məxluqun dalıyla başı eynidir.ikisi də şalvardadı...