Menu

"Bolt" gediş haqqını 10 faiz artırdı

19.12.2023, 11:52
"Bolt" gediş haqqını 10 faiz artırdı

Azərbaycanda fəaliyyət göstərən "Bolt" taksi şirkətində gediş haqqı 10 faiz bahalaşıb.

"AzPolitika.info" xəbər verir ki, sürücülərin bildirdiyinə görə, qiymət artımı yalnız yaxın məsafədə olan gedişlərə şamil edilib.

Qeyd edək ki, “Bolt” Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib. 

Şirkətdən bildirilib ki, 10 faizlik qiymət artımı bütün sifarişlərə şamil olunur.

Məlumat üçün bildirək ki, hazırda “Bolt” və digər taksi xidmətlərində minimal gediş haqqı 2.50 AZN-dir. Bu ilin iyul ayına qədər "Bolt" ilə qısa məsafələri 1 manata, hətta daha aşağı məbləğə getmək mümkün idi.  

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol