Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu azadlığa buraxılıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə A.Hacılı sosial şəbəkədə məlumat yayıb.
Qeyd olunur ki, Orxan Hacılı məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, O. Hacılıya qarşı noyabrın 1-də Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb. Yasamal rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bu gün vəkillərinin onun ev dustalığına buraxılması ilə bağlı vəsatətinə hakim müsbət qərar verib.
“AzPolitika.info”


Şərhlər
Bu Müsavatın boykotuna mükafatdır? Bəs AXSP-nin boykot qərarına görə nə ilə mükafatlandırılıb?