Menu

İran reaktiv təlim təyyarəsinin istehsalına başlayır

19.12.2023, 22:28
İran reaktiv təlim təyyarəsinin istehsalına başlayır

Uçuş sınaqları və yekun standart sınaqlar başa çatdıqdan sonra, İran özünün "Yasin" təlim təyyarəsinin kütləvi istehsalına başlayacaq.

«AzPolitika.info» saytı İranın «Mehr» agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Müdafiə Nazirliyinə bağlı Hava Sənayesi Təşkilatının icraçı direktoru, briqada generalı Afşin Xaceh Fərd bildirib.

Onun sözlərinə görə, bu təyyarənin hazırlanması yüksək texnologiya şirkətləri ilə milli müdafiə sahəsində ekspertlər arasında əməkdaşlığın nəticəsi olub.

General əlavə edib ki, “Yasin” təyyarəsinin istehsalında istifadə olunan texnologiyalar ölkənin aviasiya sənayesinin ehtiyaclarına əsaslanıb.

Mart ayında İranın Müdafiə Nazirliyi «Yasin» reaktiv təlimçisinin standart versiyasını və onun kütləvi istehsalı üçün konveyer xəttini təqdim edib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol