Menu

Sumqayıtda özünə xəsarət yetirən narkotik aludəçisi ölüb

19.12.2023, 23:44
Sumqayıtda özünə xəsarət yetirən narkotik aludəçisi ölüb

Sumqayıt şəhərində narkotik aludəçusi özünə xəsarət yetirib.

APA-nın əldə etdiyi məlumata görə, dekabrın 19-da saat 15 radələrində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 28 yaşlı İbrahimov Kənan Ağamir oğlu şəhər ərazisində özünə bıçaqla xəsarət yetirib.

O, polis əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, saat 20 radələrində xəstəxanada ölüb.

Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol