“Bu hadisələr Ermənistan Respublikasının ləğvinə gətirib çıxara bilərdi...

“2020-ci ilin noyabr və dekabr aylarında Rusiya Prezidenti “dağlıq Qarabağın” Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib. Mən özüm mətbuatdan öyrəndim ki, Rusiya belə bəyanatlar verib”.

“AzPolitika.info” xəbər verir ki, bunu dekabrın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mətbuata müsahibəsində Vladimir Putinin ermənilərin Qarabağ ərazisini tərk etməsi, Ermənistanını isə Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanıdığına dair bəyanatına münasibət bildirərkən deyib.

O, iddi edib ki, guya, bu bəyanat 9 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Paşinyan yenə hadisələri təhrif edərək, Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsini, sərhəddə təxribatlar törətməsini “unudaraq”, Azərbaycan Ermənistan ərazisinə daxil olduğuna dair saxta fikirlərini təkrarlayıb. Hətta həyasızcasına KTMT-nin və Rusiyanı Ermənistanın təxribatlarına dəstək olmamaqda günahləndırıb.

“Təbii ki, biz bu məsələ ilə bağlı KTMT-yə və Rusiyaya müraciət etdik, amma sıfır reaksiya aldıq. Sonra istefa verdim, parlament buraxıldı. Seçkilər iyunun 20-nə təyin edilmişdi. Bundan sonra və ya həmin günlərdə Ermənistana Rusiya XİN rəhbəri gəldi, İrəvandan Bakıya, oradan da Moskvaya getdi vəXoznovarda (Xəzinəvara kəndi- red.) məlum hadisələr baş verid. Böyük ehtimal var idi ki, Ermənistan hökuməti başqa cür reaksiya versəydi, seçkilər keçirilməsəydi, faktiki olaraq bu hadisələr Ermənistan Respublikasının ləğvinə gətirib çıxara bilərdi”, - deyə, Paşinyan iddia edib.

Paşinyan Ermənistan ordusunun Azərbaycanla sərhəddə törətdiyi təxribatların nəticələrinə görə məsuliyyətdən yayınmaq üçün yeni idialar da səsləndirib: “Bizi çox günahlandırdılar ki, bunu etmədik, başqa işlər görmədik və s. Amma biz dəqiq bilirdi ki, Ermənistan Respublikasını ləğv etmək vəzifəsi qoyulub. KTMT-dən, Rusiyadan sıfır reaksiya...Üstəlik, o zaman müxalifətimiz də dedi ki, biz Rusiya ilə pis davranmışıq, ona görə, Rusiyadan reaksiya olmayıb”.

Paşinyan daha sonra “müharibədə Ermənistan ordusunun döyüşmədiyi, onun yerinə KTMT niyə döyüşməlidir?” Ittihamına isə yenə faktlatı təhrif etməklə cavab verib: “Dediyim hadisələr 2021-ci ilin noyabr ayında baş verdi. Bu zaman Ermənistan ordusu döyüşürdü, KTMT və Rusiyadan isə sıfır reaksiya var idi. Bundan sonra 2022-ci ilin fevralında Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji səviyyəyə qaldırılan bəyannamə imzalanıb. Tərəflər bir-birinin milli maraqlarına zidd hərəkətlərə yol verməyəcəklərinə dair öhdəlik götürüblər...”

Paşinyan Azərbaycan ordusunun öz ərazində yerdəyişmə həyata keçirməsini, Fərrux yüksəkliyinə nəzarəti bərpa etməsinə Rusiyanın mane olmamasından narazı qalıb: “Fərruxda hadisələr baş verdi və Rusiya sülhməramlılarından yenə sıfır reaksiya gəldi. Daha sonra Rusiya XİN rəhbərinin xüsusi nümayəndəsi İqor Xovayev təkliflərlə regiona gələrək Qarabağın statusu ilə bağlı məsələnin təxirə salınması təklif etdi. Razılaşdıq, Xovayev avqustda bu sənədi bizə verdi və Bakıya getdi və orada təkliflərini verdi. Xovayev 2022-ci il sentyabrın 11-i və ya 12-si regiona qayıtdı, əvvəlcə Bakıya getdi, məlum oldu ki, Azərbaycan bu təklifdən imtina edib”.

Paşinyan Ermənistanın Azərbaycanın sərhədlərin delimitasiyası və demarkasiyası dair təkliflərinə israrla cavan vermədiyni də “unudaraq”, 6 oktyabr 2022-ci ildə Ermənistan Almatı bəyannaməsi əsasında Azərbaycanla sülh bağlamağa hazır olduğunu bəyan edib: “Bildirdik ki, bu razılıq həm, Ermənistanla Azərbaycan arasında, həm də Rusiya ilə Azərbaycan arasında qeydə alınıb. Bu, Ermənistanın ərazi bütövlüyünü təsdiq etməyin yeganə yolu idi...”

Daha sonra Paşinyaın KTMT- ni və Rusiyanı Azərbaycana qarşı hərbi əməliyyatlarda iştiraka cəlb etməyə çalışdığını etiraf edib. Onun sözlərindən belə məlum olub ki, KTMT-yə sərhəddə müşahidəçi statusunu da məhz bu şərtlə vermək istəyib.

“Yəni, mahiyyət etibarı ilə KTMT ilə bağlı problem nədir? Deyirlər: gəlin, müşahidəçi olaq. Biz deyirik: müşahidəçilər nə edəcəklər? Cavab isə yoxdur. Biz də deyirik: KTMT-nin məsuliyyət sahəsini müəyyənləşdirin, çünki Ermənistan bu təşkilatın üzvüdür. Bu məsuliyyət dairəsi pozulub. Bizim müqavilələrimizin əsası ondan ibarət idi ki, Ermənistan Respublikasının ərazisi KTMT və Rusiya Federasiyası üçün qırmızı xəttdir. Biz deyirik ki, qırmızı xətt pozulub, onlar da cavab verirlər - yox, deyəsən, qırmızı xətt pozulmayıb. Deyirik: çox yaxşı, burada kağız və qələm var - qırmızı xəttiniz haradadır? Deyirlər ki, biz o qırmızı xətti çəkə bilmərik. Bu o deməkdir ki, Ermənistanda qırmızı xəttiniz yoxdur və o zaman niyə Ermənistana gəlirsiniz?” –deyə, Paşinyan bildirub.

Göründüyü kimi, Azərbaycan ordusunun Ermənistanın təxribatlarına cavab olaraq iki ölkə sərhədindəki vaxtı ilə işğal edilmiş ərazilərimizə və yüksəkliklərə nəzarəti bərpa etməsinə Moskvadan və KTMT-dən gözlədiyi reaksiyanı ala bilməməsi Paşinyanı “küsdürüb”. KTMT ilə bağlı sonrakı addımları da məhz şantaj xarakteri daşıyıb. Ancaq bu şantajı da baş tutmasyıb...

Rasim Əliyev

“AzPolitika.info”