Menu

"Bəzən insanlar orqan köçürülməsi növbəsi gözləyə-gözləyə vəfat edirlər" - Komitə sədri

20.12.2023, 12:37
"Bəzən insanlar orqan köçürülməsi növbəsi gözləyə-gözləyə vəfat edirlər" - Komitə sədri

Orqan transplantasiyası üçün müəssisələrin sayı artırılmalıdır.

APA xəbər verir ki, bunu TƏBİB-in 5 illiyinə həsr edilmiş tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O, həmçinin qeyd edib ki, icbari tibbi sığortaya daxil olan xidmətlərin sayı da artmaqda davam edir. Onun sözlərinə görə TƏBİB buna hazır olmalıdır: "Orqan transplantasiya üçün kadr potensialının kifayət qədər olduğunu düşünürəm. Müəssisələrimizin səviyyəsi yüksəkdir. Onların sayı artmalıdır. Bu əməliyyatlara ehtiyacı olan xəstələrin sayı çoxdur, növbələr var. Bəzən insanlar növbə gözləyə-gözləyə vəfat edirlər. Müəssisələrin sayı da artmalıdır ki, insanlar növbəyə gözləyə-gözləyə vəfat etməsinlər".

Şərhlər

Mahmudov 2023-12-20 13:42:28

Bu bir nağılz bənzədu.Bəs Əmiraslan bəy bir seçilmiş xaıq deputatı kimi təklifi niyə davam tapmadı.? Niyə Milli Məxlis millətin əziyyət çəkdiyi məsələni müzakirə edib qərar çıxarıb t və qatatın icra mexanizmini hazırlamadı?Məgər Milli Məclis yaınız söhbət yeridir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol