Bayram günlərində Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyət qoyulmayıb.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndələyinin məlumatında deyilir.
Qeyd olunub ki, bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.
“Bildiririk ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb”.
***
Yeni il ərəfəsində Şuşaya giriş məhdudlaşdırılacaq.
Axar.az-ın əldə etdiyi məlumata görə, bayram günlərində (31dekabr – 2 yanvar) fərdi şəkildə (şəxsin adı portalda olsa da) Şuşaya girişə icazə verilməyəcək.
Bildirilib ki, bu məhdudiyyətlər Şuşada Yeni il proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlıdır.
“Şuşa şəhərindəki otellərdə bu il ilk dəfə olaraq Yeni il şənlikləri keçiriləcək. Buna görə də Şuşada fəaliyyət göstərən otellər bayram paketlərini elan ediblər. Yeni ili Şuşada qarşılamaq istəyənlər yalnız tur paketlər almalıdırlar”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, bayram günlərində Şuşada Yeni il şənliyi, atəşfəşanlıq, müxtəlif musiqi və şou proqramlar təşkil olunacaq. /"Axar"


Şərhlər
Hesen keçel ya keçəl hesen ....
PULLULAR ÖLKƏSI......