Menu

Qərb Rusiyanın 300 milyardlıq aktivini müsadirə edə biləcəkmi? – 260 milyardı bu ölkələrdə yerləşir

20.12.2023, 15:02
Qərb Rusiyanın 300 milyardlıq aktivini müsadirə edə biləcəkmi? –  260 milyardı bu ölkələrdə yerləşir

ABŞ və müttəfiqləri Rusiya Federasiyasının dondurulmuş aktivlərini müsadirə etməyin və onları Ukraynaya ötürməyin yollarını axtarırlar.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-nin “Financial Times” nəşri məlumat yayıb.

“Financial Times” yazır ki, Qərb ölkələri, o cümlədən ABŞ hazırda Rusiya mərkəzi bankının dondurulmuş aktivlərinin ələ keçirilməsinə haqq qazandırmaq və onlardan Kiyevi maliyyələşdirmək üçün istifadə etmək imkanlarını araşdırmaqla məşğuldur.

Dondurulmuş aktivlər harada yerləşir?

“Financial Times” hesab edir ki, Moskva mərkəzi bankının 260 milyard avroluq aktivləri G7 ölkələri, Aİ və Avstraliyada dondurulub.

Bu aktivlərin böyük hissəsi - təxminən 210 milyardı, nağd pul və dövlət istiqrazları da daxil olmaqla, Aİ-də saxlanılır. Aktivlərin böyük hissəsi - təxminən 191 milyardı - qərargahı Belçikada yerləşən qiymətli kağızların mərkəzi depozitarisi olan “Euroclear”-da saxlanılır. Digər ölkələrdə, məsələn, Almaniyada - təxminən 210 milyon avro var. Eyni zamanda, mənbələrə görə, ABŞ Rusiyanın dövlət aktivlərinin yalnız kiçik bir hissəsini dondurub - təxminən 5 milyard dollar. Fransa tərəfindən isə bu aktivlərin 19 milyard avrosu dondurulub.

ABŞ nəyə çağırır?

Vaşinqton dondurulmuş aktivlərin müsadirəsini açıq şəkildə dəstəkləmir, lakin bu məsələni mübahisələndirməyə açıqdır. ABŞ rəsmiləri müsadirə edilmiş aktivlərin, məsələn, Dünya Bankı və ya Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə Ukraynaya verilə biləcəyini təklif ediblər. Bu, Rusiyanın təcavüzünə görə son nəticədə beynəlxalq hüquq çərçivəsində ödəməli olacağı Ukraynaya təzminat üçün “avans” kimi qiymətləndirilir.

Hüquqi əsaslar və maliyyə nəticələri

FT-nin yazdığı kimi, Rusiyanın suveren aktivlərinin müsadirə edilməsi ideyası hüquqi cəhətdən təhlükəlidir. Mərkəzi bankın aktivləri beynəlxalq ədalət hüququ ilə qorunur və bu prinsipə qarşı çıxan hərəkətlər maliyyə sistemi üçün ciddi nəticələrə səbəb olacaq.

Lakin bu mövqenin müdafiəçiləri iddia edirlər ki, bu halda belə müsadirə beynəlxalq hüquq çərçivəsində Rusiyanı Ukraynaya müharibəyə dəymiş ziyana görə kompensasiya ödəməyə məcbur etmək üçün ədalətli vasitə kimi əsaslandırıla bilər.

İdeyanın əleyhdarları belə bir addımın qaydalara əsaslanan beynəlxalq nizama zərər verəcəyindən və ölkələrin başqa dövlətlərdə ehtiyat yerləşdirməklə göstərdiyi etimadı sarsıdacağından qorxurlar.

Nəşr qeyd edir ki, sonuncu arqument bəzi Aİ-yə üzv dövlətlər və Avropa Mərkəzi Bankı arasında əhəmiyyətli çəkiyə malikdir. Bəziləri hesab edir ki, Rusiya aktivlərinin müsadirəsi Çin və ya Səudiyyə Ərəbistanı kimi ölkələrə avro və ya dollarda saxlanılan suveren aktivlərin mümkün olmadığını göstərməklə sərhədi keçəcək.

Rusiyanın dondurulmuş aktivləri - məlum olanlar

Ötən fevralda Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Qərb Rusiyanın 300 milyard dollardan çox beynəlxalq ehtiyatını dondurub.

Ukrayna dondurulmuş Rusiya aktivlərindən əldə edilən vəsaitin müharibədən sonrakı bərpa üçün istifadə olunmasını istəyir, lakin bu, hüquqi məsələlər və bu addımın gələcək mümkün nəticələri ilə çətinləşir.

Daha əvvəl FT yazmışdı ki, Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri ayırmağı təklif etmək niyyətindədir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol