Menu

ABŞ-ın Ukraynaya 61 milyardlıq yardımı gələn ilə qaldı – “Danışıqlarda ümidverici irəliləyişlər var...”

20.12.2023, 16:20
ABŞ-ın Ukraynaya 61 milyardlıq yardımı gələn ilə qaldı – “Danışıqlarda ümidverici irəliləyişlər var...”

ABŞ Senatı Ukraynaya daha çox yardım və ABŞ sərhədinin təhlükəsizliyinin artırılması üçün vəsait paketini gələn ilin əvvəllərindək səsverməyə çıxara bilməyəcək.

“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, bunu sözügedən qanunun səsə qoyulması üçün danışıqların davam etdiyi bir vatxta Senatın hər iki partiyadan olan liderləri bildiriblər.

Senatın demokrat lideri Çak Şumer bu barədə jurnalistlərə deyib: "Bizim danışıqçılarımız dekabr ayında və yanvar tətili günlərində işi son dərəcə diqqətlə davam etdirəcəklər və bizim məqsədimiz tətildən qayıdan kimi nə isə əldə etməkdir”.

Senatın respublikaçı liderlərindən Con Tyun bəyan edib ki, bu barədə razılaşma yanvardan əvvəl əldə oluna bilməyəcək. Senator bildirib ki, bu ləngimə demokratlarla sərhəd təhlükəsizliyi məsələsindəki fikir ayrılığının qalması ilə bağlıdır.

Şumer və Senatın respublikaçı lideri Miç Makkonnelin birgə bəyanatında deyilir ki, danışıqlarda “ümidverici irəliləyiş” var, amma çətin məsələlər qalmaqdadır. Ağ Ev bundan əvvəl xəbərdarlıq etmişdi ki, Ukrayna üçün təsdiqlənmiş yardımlar bu ilin sonunadək tükənəcək.

Bayden administrasiyasının Ukrayna üçün əlavə olaraq istədiyi 61 milyard dollarlıq paket mühafizəkar respublikaçıların mövqeyinə görə hələ də səsə qoyulmayıb. Hətta demokratların çoxluğa malik olduqları Senatda razılaşma əldə olunsa belə, onun respublikaçı çoxluğa malik Nümayəndələr Palatasından keçəcəyi qəti şəkildə məlum deyil. Bu palatada əhəmiyyətli sayda sərt xətt-hərəkət tərəfdarı olan respublikaçı Ukraynaya ümumiyyətlə yardım göstərilməsinə qarşıdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol