Ukrayna cəbhədə müdafiə istehkamlarını gücləndirmək üçün əhəmiyyətli resursları səfərbər edib. Çünki Ukrayna qoşunları cəbhə xəttinin çox hissəsində müdafiə taktikasına keçib.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Britaniya kəşfiyyatının son hesabatında belə deyilir.
Hesabatda qeyd olunur ki, dekabrın ortalarında ukraynalılar Belarusla sərhəddə “əjdaha dişləri”, tikanlı məftillər və tank əleyhinə xəndəklər quraşdıraraq müdafiə xətlərini gücləndirdilər.
Bununla yanaşı, Rusiya ordusu bir neçə istiqamətdə yerli əhəmiyyətli hücum cəhdlərini davam etdirir, lakin belə hücumlar nadir hallarda bir tağımdan daha böyük birliklər tərəfindən həyata keçirilir. Britaniya kəşfiyyatı hesabatının müəllifləri hesab edirlər ki, Rusiyanın cəbhəni yararaq böyük irəliləyiş ehtimalı olduqca azdır və ümumilikdə cəbhədə durğunluq hökm sürür.
“AzPolitika.info”


Şərhlər