Menu

Üçüncü kurs tələbəsi faciəvi şəkildə öldü

20.12.2023, 23:35
Üçüncü kurs tələbəsi faciəvi şəkildə öldü

Bu gün saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində piyadalardan biri - 2005-ci il təvəllüdlü Nazlı Rövşən qızı Hüseynova aldığı xəsarətlərdən vəfat edib, digər piyada İmamrza Çingiz oğlu Sadıqzadə isə xəsarət alıb.

Hər iki piyadanın Mingəçevir Turizm kollecinin üçüncü kurs tələbəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

dadaşyev 2023-12-20 23:47:41

Ay amaaan! Cavan,göyçək qızcığaz.Allah rəhmət eləsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol