Menu

Aİ ölkələri ABŞ-ın Qırmızı dənizdə keçirəcəyi əməliyyatda iştirak etmək qərarına gəlib

21.12.2023, 00:54
Aİ ölkələri ABŞ-ın Qırmızı dənizdə keçirəcəyi əməliyyatda iştirak etmək qərarına gəlib

Avropa İttifaqına (Aİ) üzv ölkələr Qırmızı dənizdə gəmilərin təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın “Prosperity Guardian” əməliyyatında iştirak etmək qərarına gəlib.

"Report" xəbər verir ki, bunu Aİ xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel deyib.

“Husilərin məsuliyyətsiz hərəkətləri Qırmızı dənizdə gəmilərin hərəkətinə təhlükə yaradır. Aİ-nin daimi nümayəndələrinin bugünkü fövqəladə iclasında üzv dövlətlər ABŞ-ın keçirəcəyi əməliyyata töhfə verməyə razılaşdılar”, - Aİ diplomatiyasının rəhbəri qeyd edib.

Şərhlər

Eldeniz 2023-12-21 07:29:14

Ukraynaya da komek edirdiniz haminiz bes ne oldu ? Basda Amerika olmaqla her gun beyan edirsiniz ki , daha pulumuz qurtarib yardim ede bilmerik..Indi de Qirmizi deniz meselesi yaradib telem.telesik koalisiya yaradirsiniz ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol