Menu

Xankəndidə keçirilən oyunda “Qarabağ” MOİK-ə qalib gəlib + VİDEO (Yeniləndi)

21.12.2023, 16:17
Xankəndidə keçirilən oyunda “Qarabağ” MOİK-ə qalib gəlib + VİDEO (Yeniləndi)

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, “Qarabağ” MOİK-lə üz-üzə gəlib.

Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.

“Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək. 

***

“Qarabağ” - MOİK qarşılaşmasından başqa bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsi çərçivəsində “Neftçi” - “Qaradağ Lökbatan” matçı da keçiriləcək. Bu, 1/8 final mərhələsinin son oyunu olacaq. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq. Bu cütdən qalib ayrılacaq komanda növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.(oxu.az)

Qeyd edək ki, mərhələnin əvvəlki matçlarından sonra 1/4 finalda iki cütlük müəyyənləşib. Yarımfinala vəsiqə uğrunda “Səbail” “Zirə” ilə, “Araz-Naxçıvan” isə “Qəbələ” ilə qarşılaşacaq.

Şərhlər

Hamlet Kaçmazlı 2023-12-21 13:55:06

*Tarixi oyun* AzSSRnın 70ci illərinin *Qarabağ* komandasını xatırlatdı. Səhv etmirəmsə, 9 nömrəsi ilə Köçəriyan oynayırdı? Əminəm ki, aid orqanlarımız hazırda onu gətirib, mətbuatımızın tribunasına çıxarmaq iqtidarındadır!?

Əsgər Əskəranlı 2023-12-21 12:04:16

AzSSRİnın tarixi *Qarabağ* komandasında 70ci illərdə deyəsən, mərkəzi 9 nömrə ilə Köçəriyan çıxış edirdi? Hazırda medianın və aid orqanların onu arayıb, tribunaya çıxarması zəruridir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol