Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, dekabrın 21-nə keçən gecə Rusiya hərbçiləri Ukrayna ərazisinə “Şahed” tipli 35 dron buraxıblar.
Rəsmi məlumata görə, pilotsuz təyyarə hücumları dalğalar şəklində baş verib, 34 pilotsuz təyyarə vurulub. Hava hücumundan müdafiə qüvvələri Ukraynanın on iki bölgəsində, o cümlədən Kiyevdə fasiləsiz işləyib.
Vilayət administrasiyasının rəhbəri Filip Pronin bildirib ki, Poltava vilayətində pilotsuz təyyarənin fraqmentləri yaşayış binasının üzərinə düşüb. İlkin məlumata görə, xəsarət alan olmayıb. Ev sahibləri dəyən zərərə görə maddi yardım alacaqlar.
“AzPolitika.info”


Şərhlər