Menu

“Xaricdə yaşayan ukraynalıları da orduya cəlb edəcəyik” - Nazir

21.12.2023, 15:35
“Xaricdə yaşayan ukraynalıları da orduya cəlb edəcəyik” - Nazir

Xaricdə yaşayan ukraynalı kişilər də gələn il orduya çağırılacaqlar.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rüstəm Umerov alman nəşrinə müsahibəsində deyib.

Nazir Ukraynadan kənarda yaşayan 25-60 yaş aralığındakı ukraynalı kişilərə çağırış vərəqlərinin göndəriləcəyini bildirib.

R. Umerov çağırışa əməl etməyənlərin cəzalandırılacağını vurğulayıb.

Alman nəşri qeyd edib ki, hazırda Almaniyada orduya yararlı təxminən 190 min ukraynalı yaşayır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol