Menu

Şamaxıda kişi qohumunu güllələyərək qətlə yetirib, daha sonra intihara cəhd edib

21.12.2023, 19:33
Şamaxıda kişi qohumunu güllələyərək qətlə yetirib, daha sonra intihara cəhd edib

Şamaxıda qohumlar arasında ədavət faciə ilə nəticələnib

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu 1979-cu il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlunu odlu silahla qətlə yetirib.

Sadaf Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb.

O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Saday Manafov polis əməkdaşıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol