Menu

Azərbaycan Çexiyaya başsağlığı verib

21.12.2023, 23:54
Azərbaycan Çexiyaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Çexiyaya başsağlığı verib.

"Report" xəbər verir ki, bununla bağlı XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Çexiyanın Praqa şəhərindəki Çarlz Universitetində baş verən kütləvi atışma nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Bu faciəli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik", - XİN-dən bildirilib.

Qeyd edək ki, Praqa şəhərindəki Karlov Universitetindəki atışma nəticəsində azı 15 nəfər ölüb, 24 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol