Menu

Bəstəkarlar İttifaqının sədri telekanalları tənqid edib

22.12.2023, 13:02
Bəstəkarlar İttifaqının sədri telekanalları tənqid edib

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə televiziya kanallarının ziyalıları efirə dəvət etməməsindən narazılığını bildirib.

"Report"un məlumatına görə, o, Yaradıcı ittifaqların və mədəniyyət xadimlərinin l qurultayında deyib ki, bu gün böyük əsərləri ortaya çıxarmaq lazımdır.

"Televiziya kanallarına ziyalıları çağırıb onların rəyi öyrənilməlidir. Üzeyir Hacıbəyli bunumu istəyib ki, bizdə bəzi telekanallarda ancaq toy mahnıları səslənsin. Olsun, amma bizim intellektual səviyyə təkcə toy musiqiləri ilə bitmir", - deyə F.Əlizadə vurğulayıb.

Bəstəkar qeyd edib ki, bu il çox əlamətdar hadisələrlə yadda qalıb: "Biz bu il çox yüksək səviyyədə Ulu Öndər Heydər Əliyevin 100 illiyini keçirdik. Bu il ərzində Şuşaya getdik, həmin yerləri gəzib gördük. Mən onu xüsusilə vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində təkcə qələbə qazanmayıb, həm də böyük qurucudur. Qarabağa gedib qısa zaman ərzində görülən quruculuq işlərini görmək, həmin möhtəşəmliyin şahidi olmaq bunu bir daha göstərir".

Şərhlər

Vətəndaş 2023-12-22 15:46:59

Bəstəkarlar İttifaqının sədri bacarıqsız halda aranjeman edilən eybəcər hala salınmış azərbaycan mahlarını,Xalq çalğı alərlərini sıxışdıran əcnəbi musiq alətlərinin ansambllarda tətviqinin.mahnların şeirə bənzəməyən bayağı sözlərinin,ifaçıların ifa qabiliyyətlətinin zəifliyinə,.Hət yoldan keçənin televizayalara dəvət olunataq xalqın musiqi suyumunun korlanmasına diqqət etməsinə böyül ehtiyac olduğunun qeydnə qalması yaxşı olatdı.eatr.kini və televiziya verilişlərinin bayağı təşkilinin qarşısını alçmağa yönələn tədbirlər də keçirilməlidir...

Nazim 2023-12-22 14:39:41

Televiziyaları ziyalı maraqlandırır ki, onları efirə dəvət etsinlər.Onlar ciblərini güdürlər. Amma sinəsini qabardan,dodağını şişirdən,fiqura saxlayan müğənniləri şağırırlar ki, oyolla reytinq yığsınlar.Amma fikirləşmirlər ki,ölkənin iqtisadiyyatının,mənəviyyatının dayağı bu ziyalı təbəqəsidir.Televizorda atılıb-düşən,hansı hoqqadan çıxanlarla gənc nəslin psixologiyalarını pozurlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol