Menu

"Demarkasiya məsələsi sülh sazişindən ayrı müzakirə oluna bilər" - Simonyan

22.12.2023, 15:01
"Demarkasiya məsələsi sülh sazişindən ayrı müzakirə oluna bilər"  - Simonyan

"Demarkasiya və delimitasiya prosesi uzun müddət çəkə bilər. Ona gprə də sülh sazişi bu prosesfən ayrılması variantI Ermənistan üçün də məqbul ola bilər".

«AzPolitika.info» Ermənistan mediasına istinadla xəbər verir ki, bunu dekabrın 22-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin demarkasiya məsələsinin sülh sazişi müzakirəsidən ayrılması ilə bağlı bəyanatın şərh edərkən bildirib.

“Həqiqətən sülhə doğru gedən ölkə belə şeylərdə heç bir maneə görməməlidir. Bəzi məsələləri həll etdikdən, sülh müqaviləsi imzaladıqdan sonra, cəmiyyətləri sülh və əmin-amanlıq mühitinə gətirdikdən sonra dihər məsələlər həll oluna bilər. Amma bu, mənim fikrimdir”, - Simonyan bildirib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol