Xəbər verdiyimiz kimi, Diasporla İş üzrə Dövlət Komitəsi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı videokonfrans keçirib.
Virtual konfransda 77 ölkədən 700 nəfərə yaxın soydaşımız, türk diasporunun və Azərbaycana dost ölkələrin nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatının sədri Vaqif Məmişov 7 fevral 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinə də toxunub.
O, dünya azərbaycanlılarını seçkilərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləməyə çağırıb: “Çünki məhz İlham Əliyevin sayəsində dünya azərbaycanlıları alnıaçıq, üzüağ gəzir".


Şərhlər