Hollandiya Ukraynaya ilk on səkkiz “F-16” qırıcısının təhvil verilməsi üçün hazırlıqlara başlamaq qərarına gəlib.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Hollandiyanın Baş naziri Mark Rutte Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamnı deyib: "F-16-ların verilməsi Ukraynaya hərbi dəstək üzrə sazişlərin ən mühüm elementlərindən biridir.
Transferin özündən əvvəl müvafiq mütəxəssislərin və infrastrukturun hazır olması da daxil olmaqla, daha bir neçə meyar yerinə yetirilməlidir. Bu qərar təsdiq edir ki, Hollandiya Ukraynaya davam edən Rusiya təcavüzünə cavab vermək üçün lazım olan dəstəyi vermək üzrə öhdəliklərini yerinə yetirir”.
“AzPolitika.info”


Şərhlər