Menu

“F-16"-lar yaxın günlərdə Ukraynada ola bilər” - ABŞ Müharibə Araşdırmaları İnstitutu

23.12.2023, 10:48
“F-16"-lar yaxın günlərdə Ukraynada ola bilər” - ABŞ Müharibə Araşdırmaları İnstitutu

Ukrayna böyük ehtimalla 2023-cü ilin sonuna qədər "F-16" qırıcılarının ilk partiyasını alacaq. 

“AzPolitika.info” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.

Amerikalı analitiklər xatırladıblar ki, Hollandiyanın Baş naziri Mark Rutte dekabrın 22-də Prezident Volodimir Zelenski ilə telefon danışığı zamanı Hollandiya hökumətinin ilk 18 ədəd F-16 qırıcısını Ukraynaya təhvil vermək üçün hazırlayacağını təsdiqləyib: “Rutte "F-16"-nın çatdırılma vaxtını bildirməsə də, Estoniya Müdafiə Nazirliyinin son strategiya sənədində Hollandiya, Danimarka, Norveç və Belçikanın artıq F-16-ları “ilin sonuna qədər Ukraynaya çatdırmaq öhdəliyi götürdüyü” göstərilib".

Xatırladaq ki, dekabrın 22-də Hollandiya Ukraynaya ilk 18 ədəd "F-16" qırıcısının təhvil verilməsi üçün hazırlıqlara başlamaq qərarına gəlib. Hollandiyanın Baş naziri Mark Ruttenin sözlərinə görə, "F-16"-ların təmin edilməsi Ukraynaya hərbi dəstək haqqında sazişlərin ən mühüm elementlərindən biridir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol