“Qarabağı tərk edən ermənilərin ən azı dörddə biri artıq Ermənistandan da köçüb”
“Hazırda Ermənistanla Rusiya arasındakı münasibətlər arzuolunmazıdr, həqiqi müttəfiqlik adlandırmaq olduqca çətindir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin 2023-cü il ərzində ikitərəfli münasibətlərin durumunu şərh edərkən deyib.
“Mən istərdim ki, münasibətlər daha da yaxşı olsun ki, bu Yeni ildə bir-birimizi yüksəliş, ölkələrimiz arasında münasibətlərin inkişafı münasibətilə təbrik etmək imkanımız olsun. Amma təəssüf ki, bunu edə bilmirəm. Ötən il dağlıq Qarabağdakı ermənilər üçün faciəli olub. Əminəm ki, təkcə Ermənistanda deyil, Rusiyada, ermənilərin yaşadığı bütün dünyada düşünən insanlar bütün bunları çox ağrılı qəbul edirlər. Bu, çox çətin hekayədir”, - rusiyalı deputat əlavə edib.
Zatulin vurğulayıb ki, Moskva-İrəvan arasında birbaşa əlaqələrə gəlincə, ilboyu Ermənistan rəhbərliyinin bütün problemlərini Rusiyanın üzərinə atmaq üçün hər şey edib: “Erməni xalqının emosiyaları və hissləri ilə oynamaq, məsuliyyəti öz üzərindən atmaq və bütün baş verənlərə görə Rusiyanı günahkar elan etmək… bununla razılaşa bilmirəm. Mən özüm də Rusiyanın hərəkətlərində qüsurları, imkanlarının azlığını görürəm. Ermənistan sadəcə olaraq müstəqil, öz hərəkətlərinə görə cavabdeh olan suveren ölkə deyil. Ermənistanın indiki hakimiyyətin hərəkətlər ondan ibarətdir ki, Ermənistan rəsmi olaraq Qarabağda məskunlaşmış soydaşlarından imtina edib və bu gün də bu əməllərinə davam edir”.
Zatulin iddia edib ki, 100 mindən çox insan evlərini tərk edərək Ermənistana köçüb.
“Bu hərəkətin hansı təhlükələr, çətinliklərlə bağlı olduğunu hamımız təsəvvür edə bilərik. Biz bilirik ki, bu sayda insanın ən azı dörddə biri artıq Ermənistanı tərk edib. Mənə elə gəlir ki, Ermənistan hakimiyyəti bu adamlardan qorxaraq, onları ölkəni tərk etməyə təşviq etmək üçün hər şeyi edir”, - o əlavə edib.
Rusyalı deputat artıq il yarımdır ki, Ermənistana girişinin qadağan olunduğunu xatırladıb: “Amma mən təbii ki, Ermənistana getmək imkanı olan və ya bu yaxınlarda orada olanlarla əlaqə saxlayıram. İndi görürəm ki, İrəvan çiçəklənir, heç olmasa zahirən belə görünür. İqtisadiyyat yüksəlir, o cümlədən 17 min sanksiyaya məruz qalan Rusiya bu gün Ermənistana həm insan, həm də pul yatırıb. Həmvətənlərimiz Rusiyadan Ermənistana öz imkanlarını və pullarını gətirərək köçüblər. Bütün bunlar, o cümlədən Ermənistan vasitəsilə həyata keçirilən paralel idxal Ermənistan iqtisadiyyatı üçün bir növ təkan oldu”.
Zatulin bildirib ki, Ermənistanın obyektiv marağının Rusiya ilə münasibətləri qurmaq olduğu bəlli olsa da, hökumət öz vəzifəsini iki yerə böldü: “Siyasi baxımdan getdikcə Rusiyadan uzaqlaşır, KTMT və Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri kəsmək istəyini nümayiş etdirir. Ermənistan bu strukturlar çərçivəsində keçirilən ümumi tədbirlərə gəlmir. Eyni zamanda o, Qərb paytaxtlarını gəzir, kollektiv Qərblə, ayrı-ayrı Qərb ölkələri ilə, o cümlədən rusofobiya baxımından öndə gedən ölkələrlə əlaqələr qurur. Estoniyanın baş nazirini qəbul edir, Zelenski ilə görüşür və s. Təbii ki, bu günhü münasibətlər baxımından Rusiya ilə Ermənistanı həqiqi müttəfiq adlandırmaq olmaz”.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər
İqtisadi cəhətdən rusa pəncərə açan Azərbaycan-Türkiyəyə bu zavallılar heç zaman minnətdar olmayıb ,deməli ilk fürsətdəcə bütün kin-nifrətlərini açıq-açığına bildirirlər