Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının ona itaət etməyən və partiyanın ideologiyasına etinasız yanaşan üzvlərini cəzalandırmaq qərarına gəlib.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın “Joxovurd” qəzeti yazır.
Qəzetin hakimiyyətdəki mənbələrinin bildirdiyinə görə, son vaxtlar partiyanın kollegiya və təşəbbüs qrupu iclaslarında Nikol Paşinyan daim hakim partiyanın ideoloji tezisləri, baxışları və planlarından danışır: “O, çıxışlarında partiyanın ideologiyasına sədaqətin vacibliyini vurğulayır. Məhz bu baxımdan, hətta Paşinyana yaxın olan şəxslər də son vaxtlar “Vətəndaş müqaviləsi”ndən xaric edilib. Bununla da Paşinyan onun sözlərindən və planlarından yayınmağa çalışanların başına nələr gələ biləcəyini göstərməklə digər komanda yoldaşlarına da dərs keçməyə çalışır.
“Vətəndaş Müqabviləsi”nin yaradıcılarından biri olan Sarkis Aleksanyan dekabrın 19-da partiyadan xaric edilib. Əslində o, partiyadakı haqsızlığın qurbanıdır. Belə ki, partiya üzvləri “Vətəndaş müqaviləsi”-nin iclaslarında onun haqqında pis danışır, bəzi şeyləri ona aid edir, heç bir vəzifəsi, statusu olmadan varlandığını deyirlər. Əslində isə partiyada demək olar ki, hamı varlanıb, onların həyat səviyyəsi və rifahı yüksəlib, lakin hədəfə Sarkis Aleksanyan gətirilib”.
“Joxovurd” yazır ki, Sarkis Aleksanyan onun ətrafında baş verənləri müzakirə etmək üçün 2-3 dəfə partiyanın iclasına dəvət olunub, lakin ailə üzvlərindən birinin səhhətində ciddi problemlər olduğunu əsas gətirərək, partiyaya gəlməyib. Buna cavab olaraq da onu partiyadan qovublar.
“AzPolitika.info”


Şərhlər