2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan Rusiyaya 1 milyard 3.8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 22.4% çoxdur.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% və ya 687.6 milyon dollar artaraq 3 milyard 952 milyon dollar təşkil edib.
Qeyd edək ki, bu dövrdə Azərbaycandan Rusiyaya ümumi ixrac 26% artaraq 1 milyard 83.6 milyon dollara, Rusiyadan ümumi idxal isə 19.3% artaraq 2 milyard 868 milyon dollara bərabər olub.
Xatırladaq ki, cari ilin yanvar-noyabr aylarının nəticələrinə görə, Azərbaycanın ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 8.35%-ə yüksəlib.


Şərhlər
Bəs qeyri nedt sektoruna aid olmayan məhsulların çeşidi?Axı AZərbaycanda dpvlət sənaye müəssisələri yox dərəcəsindədir.Olanlar dağıdıldı,əvəzində dövlət heç nə yaratmad.İqtisadiyyat nazirliyi kolxoz hesabdarıkimi özəl xırda müəssisələri öz fəaliyyəti sayır.ixrac malları əsasən xurma.yumurta,özəl,kürdlərə məxsus Azərsunun anlaşılmaz tərkibli məhsullarından ibarətdir.lovğalanacaq heş nə yoxdur.Tənəzzül edirik.