Almaniya hökuməti Kiyevə hərbi texnika və sursat da daxil olmaqla yeni hərbi yardım paketi göndərib.
“AzPolitika.info” Almaniya mediasına istinadla xəbər verir ki, bu barədə hökumətin səhifəsində məlumat yerləşdirilib. Burada Almaniyanın Ukraynaya göndərdiyi yardımların yenilənmiş siyahısı dərc olunub.
Söhbət üç “Gepard” özüyeriyən zenit quruğusundan (onların ümumi sayı 52-yə çatıb) və onlar üçün 30240 zenit-deşici döyüş sursatından gedir. Paketə həmçinin “Leopard 2 A6” model tankları üçün təyin olunmamış sursat daxildir. Əvvəllər 18 belə tank Almaniyadan Ukraynaya göndərilmişdi.
Yeni paketə daxildir:
-2500 155 mm-lik artilleriya mərmisi;
-25 536 ədəd 40 mm-lik sursat;
-İki WISENT 1 zirehli minatəmizləmə maşını (onların ümumi sayı 14-dür); Ehtiyat hissələri dəsti ilə 10 pilotsuz vektor kəşfiyyat təyyarəsi (ümumi sayı - 162);
-İki sərhəd xidməti avtomobili (ümumi sayı - 243);
-AMPS helikopterləri üçün iki raket əleyhinə müdafiə sistemi (ümumi sayı - 4);
-Səkkiz ağır yükdaşıyan “Zetros” yolsuzluq avtomobili (ümumi sayı – 240) və digər texnikalar, o cümlədən sanitar ləvazimatlar daxildir.
Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, təkcə 2023-cü ildə Kiyev Berlindən 4,34 milyard avro dəyərində silah alıb, 10 min ukraynalı hərbçi Almaniyada təlim keçib. 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Almaniya 5,97 milyard avro məbləğində hərbi yardım göstərib.
“AzPolitika.info”


Şərhlər